AZ

Qarabağa səfəri ilə "Qara siyahı"ya düşən Tulsi Qabbard  ABŞ Milli Kəşfiyyatı direktoru olacaq

Bir neçə il əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi erməni işğalı altında olan Qarabağa qanunsuz səfərlər etmiş 1040 nəfərin adını “qara siyahı”ya salmışdı. Həmin “Qara siyahı”da Fransa Senatının üzvləri, ABŞ Konqresinin üzvləri, eyni zamanda Rusiyanın tanınmış vətəndaşlarının adı düşmüşdü.

Xatırlayırsınızsa, siyahıda Adam Şif, Ceki Spayer, Cudi Çu, Nümayəndələr Palatasının deputatları Tulsi Gabbard, Frank Pallone, David Valadao, ABŞ-ın Qlendel şəhərinin keçmiş meri Ara Nazaryan, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Marşal Evans kimi tanınmış simaların adları vardı.
Adalet.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp keçmiş konqresmen, polkovnik-leytenant Tulsi Qabbardın Milli Kəşfiyyatın direktoru vəzifəsinə namizədliyini irəli sürüb.
Erməni mediası yazır ki, ermənilər Trampın bu seçimini ürəkdən bəyəniblər:Qabbard ABŞ-dakı erməni strukturları ilə kifayət qədər sıx əlaqələr saxlayır. 2017-ci ildə Amerika Erməni Komitəsinin təşkil etdiyi konfrans çərçivəsində Ermənistana və Dağlıq Qarabağa səfər edib. O, əslən Havaydandır, bu ştat 2016-cı ildə Dağlıq Qarabağın müstəqilliyini tanıyıb".

Məsələn, ABŞ 2020 Prezident seçkilərində namizədliyini elan edən Nümayəndələr Palatasının demokrat üzvü Tulsi Qabbard ABŞ hökumətinin qanunvericilikdə erməni soyqırımını tanıması ideyasını dəstəkləyib.

Hələ illər əvvəl “Armenpress” xəbər verirdi ki, bu barədə Qabbard kampaniyası zamanı “erməni soyqırımı”nı öyrənən tələbələrlə söhbətində bildirib.

"Biz ABŞ hakimiyyətini erməni soyqırımını tanımağa çağıran layihəni dəstəkləyirik. Bu tanınma Türkiyənin Vaşinqtona təzyiqi nəticəsində indiyədək baş tutmayıb".

Qeyd edək ki, Trampın yeni kabinetinin üzvləri olan Dövlət katibi vəzifəsinə namizəd senator Marko Rubiodu, Təhlükəsizlik müşaviri vəzifəsinə namizəd konqresmen Mayk Vals, İcra hakimiyyətinin səmərəli işinin təşkili şöbəsinə İlon Maskla birgə rəhbərlik edəcək Vivek Ramasuami dəfələrlə Türkiyə və Azərbaycana qarşı sərt siyasətin tərəfdarı olduqlarını ortaya qoymuş, ermənipərəst mövqelərini sərgiləmişdilər.

Deyəsən, ABŞ höküməti Azərbaycanla bağlı qərəzini davam etdirməkdən əl çəkməyəcək.


Əntiqə Rəşid

Seçilən
76
18
adalet.az

10Mənbələr