Polisin göstərişi ilə Fransa - İsrail komandaları arasında baş tutacaq Millətlər Liqası matçı zamanı tamaşaçıların meydana daxil olmasının qarşısını almaq üçün "Stade de Frans"ın tribunaların önü xüsusi hasarlarla əhatə olunub.
Publika.az xəbər verir ki, Fransada Fələstin tərəfdarlarının oyunu pozmaq cəhdlərindən ciddi narahatlıqlar var. Matçın başlamasına üç saat qalmış, stadionun tabeliyində olan Sen-Deni bələdiyyəsi yaxınlığında fələstinli tərəfdarların kütləvi nümayişi keçiriləcək.
Oyunun "ən yüksək təhlükə" statusuna baxmayaraq, polis nümayişlərin keçirilməsinə icazə verib. Ərazidə asayişi yüzlərlə polis qoruyacaq.
Qeyd edək ki, Fransa - İsrail matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.