AZ

IFC Azərbaycanda mikro, kiçik və orta sahibkarları, aşağı gəlirli ev təsərrüfatlarını və iqlim maliyyələşdirilməsini dəstəkləyir

Bakı. Trend:

IFC, mikro, kiçik və orta sahibkarlığın (MKOS), aşağı gəlirli evtəsərrüfatlarının maliyyəyə çıxışını artırmaq və ölkədə iqliminmaliyyələşdirilməsi təşəbbüslərini dəstəkləmək məqsədiləAzərbaycanın aparıcı maliyyə institutu olan Bank Respublikaya 20milyon ABŞ dolları məbləğində yerli valyutada maliyyə vəsaitiayırır.

Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40faiz azaltmağı öhdəsinə götürmüşdür; hal-hazırda isə bu məqsədə2035-ci ilə çatmağı hədəf kimi təyin edib. Dünya Bankı Qrupunun Ölkə İqlimi və İnkişafHesabatına əsasən karbonsızlaşdırma və dayanıqlılığa nail olmaqüçün 2060-cı ilə qədər 44 milyard dollar və ya ildə təxminən 1,35milyard dollar həcmində təxmin edilən əhəmiyyətli investisiyalartələb olunacaq.

Maliyyə sektorunun artım üçün əhəmiyyətli potensial təqdimetməsi ilə bərabər sözügedən maliyyə ehtiyacları ilə daha sıxuyğunlaşmasına ciddi ehtiyac var. IFC, dayanıqlı inkişafın idarəedilməsində sektorun rolunu gücləndirmək üçün bu növkreditləşdirmənin effektivliyini nümayiş etdirməyə çalışır.Sözügedən səyləri dəstəkləmək məqsədilə IFC-nin Bank Respublika-yatəqdim etdiyi yeni kreditin yarısı MKOS və aşağı gəlirli evtəsərrüfatlarının iqlimlə bağlı layihələrinə yönələcək.

İnvestisiya Dünya Bankı Qrupunun Azərbaycanla bağlıstrategiyasına uyğundur və xüsusilə iqlimlə bağlı layihələr üçünmaliyyəyə çıxışın yaxşılaşdırılmasına üstünlük verir. Ölkə hazırdaCOP29-a ev sahibliyi edir və iqlimin maliyyələşdirilməsini inkişafetdirmək və dayanıqlığa əsaslanan islahatları təşviq etməköhdəliyini nümayiş etdirir. Dayanıqlı investisiyalarıistiqamətləndirmək və maliyyə fəaliyyətlərinin ekoloji məqsədlərəuyğunlaşdırılmaq üçün aydın çərçivə təmin etmək məqsədilə DünyaBankı Qrupunun dəstəyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankıbu yaxınlarda ölkədə ilk Yaşıl Taksonomiyanı işləyibhazırlamışdır.

Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Ötən dövr ərzində IFCAzərbaycanda biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorununinkişafı, korporativ idarəetmə üzrə məsləhətlər, kiçik və ortasahibkarlıq və aqrobiznes də daxil olmaqla maliyyə xidmətləri,infrastruktur və istehsal sahələrində 60-a yaxın layihəyə təxminən900 milyon ABŞ dolları sərmayə qoymuşdur.

Məqalədə:
Seçilən
28
2
az.trend.az

3Mənbələr