AZ

“Bəşəriyyət iqlim dəyişmələri ilə bağlı yeni mərhələyə qədəm qoyacaq” - ŞƏRH OLUNDU

“COP29 konfransı çərçivəsində aparılan müzakirələr, səsləndirilən fikirlər ona dəlalət edir ki, Azərbaycan növbəti dəfə qlobal rifaha, təhlükəsizliyə, əməkdaşlığa və birliyə xidmət edən çox ciddi platforma formalaşdırmağı bacardı. İndiyə kimi müxtəlif ölkələrdə COP konfransları keçirilib. Lakin Azərbaycanda keçirilən COP29 həm müzakirə olunan məsələlərin genişliyi, həm mühit, həm də yüksək təşkilati tələblərə cavab verməsi və edilən çağırışlar baxımından tarixi tədbir olacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, müxtəlif dünya rəsmiləri bundan sonrakı mərhələdə iqlim dəyişmələri ilə mübarizədə verə biləcəkləri töhfələri səsləndirməklə platforma kimi Azərbaycanın gələcəkdə formalaşdıracağı əməkdaşlıq sisteminin qurulacağını göstərir: “Bu gün iqlim dəyişmələrinə qarşı mübarizədə bütün ölkələr öz məsuliyyətini dərk etməlidir. Azərbaycan Prezidenti də çıxışında bu məqamlarla bağlı çağırışlar etdi. İstər iqlim dəyişmələri ilə mübarizə sahəsinə vəsaitlərin ayrılması, istər hər bir ölkəyə öz məsuliyyətini dərk edərək atmosferin çirkləndirilməsini şərtləndirən fəaliyyətlərini məhdudlaşdırmaqla, inkişaf etmiş və etməkdə olan ölkələr arasında məsuliyyətin bölüşdürülməsi bəşəriyyət üçün çox ciddi təhlükə yaradan iqlim dəyişmələri ilə mübarizədə çox effektiv nəticələrə gətirib çıxaracaq.

Azərbaycan da öz üzərinə çox ciddi öhdəliklər götürüb. Atmosferə buraxılan qaz emissiyalarının azaldılması ilə bağlı konkret məqsədlər qoyulub. Həmçinin Azərbaycan yaşıl enerji siyasətini daha fəal şəkildə həyata keçirməklə kompleks şəkildə üzərinə götürdüyü öhdəlikləri uğurla həyata keçirməkdədir. COP29-dan sonra bəşəriyyət iqlim dəyişmələri ilə bağlı yeni bir mərhələyə qədəm qoyacaq”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
26
sia.az

1Mənbələr