AZ

Uşaq və gənclər arasında piylənməyə daha çox rast gəlinir -Dietoloqdan HƏYACAN TƏBİLİ

Piylənmə digər xəstəliklər ilə müqayisədə XX əsrin ortasında yaranan və gündəmi zəbt edən “gənc” xəstəliklərdəndir. Bəzən insanlar bildirirlər ki, az yeyirik, lakin kökəlirik. Bəs Arıqlaya bilməməyə səbəb orqanizmdə problemin olmasına görə ola bilərmi? Az yeyərək kökəlməyin səbəbi nədir?

Mövzu ilə bağlı danışan dietoloq Sevinc Həsənzadə "Sherg.az"a bildirib ki, genetik və bioloji faktorlar artıq çəki və piylənməyə gətirib çıxara bilər:

“Lakin araşdırmalar onu göstərir ki, bədən çəkisi ilə bağlı problemlərin yalnız 1%-dən az olan halları bioloji və ya psixi sağlamlığın pozulması ilə əlaqədardır. Müasir həyatda uşaq və yeniyetmələr yüksək kaloriyə malik yağlı qida növləri ilə əhatə olunub. Orqanizmin bu qida növləri ilə əldə etdiyi kalorini is' fiziki aktivliklə yandırmaq çətin olur. Belə qida növlərindən geniş istifadəyə səbəb yüksək yağ tərkibli qidaların nisbətən ucuz və dadlı olmasıdır. Piylənmə və artıq çəkini insanın şəxsi keyfiyyətləri, iradəsinin zəifliyi ilə əlaqələndirmək düzgün deyil. Xüsusilə də, ətraf mühitin, o cümlədən, rəngarəng reklamların, sosial şəbəkələrin, filmlərin təsirinə asanlıqla məruz qalan uşaq və yeniyetmələr sanki “hipnoz” altına düşmüş olurlar. Uşaqlarda və yeniyetmələrdə artıq çəki və piylənmə tibbi sosial problemdir. Qərb mətbəxinin, “fast-food” restoranların, qərb təfəkkürü və mədəniyyətinin müasir həyatımızda geniş yer alması Azərbaycana xas olmayan bir çox problemlərin inkişafı ilə müşayiət olunur. Hazırda uşaq və gənclər arasında artıq çəki və piylənmə hallarına daha çox rast gəlinir”.
Seçilən
62
sherg.az

1Mənbələr