AZ

İran-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasına radikal qruplar maneçilik törədirlər - ÖZƏL

"Pezeşkianın Bakıya gəlməməsi Azərbaycanla İran arasında münasibətlərin normallaşmasını, yaxşı səviyyədə olmasını istəməyən qrupların fəaliyyətinin nəticəsidir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"İstər Pezeşkian, istər onunla həmfikir olan iranlı rəsmilər Azərbaycanla münasibətlərin qurulmasını, hətta münasibətlərin yaxşı olmasını istəyirlər. Amma biz görürük ki, hər belə mərhələdə mühafizəkar qanad, SEPAH, onun təsiri altında olan siyasi qruplar, yarım hərbi qruplar bu proseslərə maneçilik törətməyə çalışırlar. Mənə elə gəlir ki, Pezeşkianın da Azərbaycana səfərinə, COP29 kimi mötəbər tədbirdə iştirakına, onlar bir növ mane olmağa cəhd göstəriblər və gəlmədisə, demək ki, buna da nail ola biliblər. 
Ümumiyyətlə, Pezeşkianın təkcə səfərinə deyil, ümumilikdə və bütövlükdə İran-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasına bax, bu radikal qruplar maneçilik törədirlər. İranda bizim səfirliyimizə qarşı olan hücum da həmin radikal qrupun bir növ belə desək, dırnaqarası fəaliyyətinin nəticəsi idi. Çox təəssüf edirəm ki, əgər belə bir məsələ həqiqətən gündəmdə varsa, Pezeşkian da onların tələblərinə, fəaliyyətlərinə boyun əymiş oldu və iki dövlət arasında münasibətləri bu səfər bir az daha yaxşı müstəviyə keçməsinə şərait yarada bilərdi ki, sanki onun gəlməməsi bu məsələləri bir növ, bir az da arxa plana keçirmiş oldu. Mən ancaq o mühafizəkar qanadın bu iştiraka imkan verməməsi ilə əlaqələndirirəm, İsrail məsələsinə inanmıram. Çünki bu məsələnin İran prezidentinin səfərinə təsir edəcəyi mənə inandırıcı gəlmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
57
olaylar.az

1Mənbələr