AZ

Danışıqlar fayda vermədi: 9 ildən sonra yenidən hərbi əməliyyatlar BAŞLAYIR

Türkiyə ordusu Suriyanın şimalında, xüsusən də PKK və YPG terror təşkilatlarına qarşı sərhədyanı əməliyyatlara başlamağa hazırlaşır. Bu barədə TRT kanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Türkiyə Silahlı Qüvvələri bu bölgədə son günlərdə artan təhlükəsizlik təhdidlərinə cavab olaraq “lazım gələrsə” dərhal hərəkətə keçəcək.

Türkiyə hökuməti sərhədlərinin təhlükəsizliyini təmin etmək və terrorçuların fəaliyyətini dayandırmaq üçün bu əməliyyatları beynəlxalq hüquq çərçivəsində və özünümüdafiə hüququna əsasən həyata keçirməkdə qərarlıdır. Sərhədyanı ərazilərdə baş verən hücumlar və terror aktları həm mülki əhaliyə, həm də Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdid olaraq görülür. Hərbi əməliyyatın başlama tarixi ilə bağlı rəsmi açıqlama verilməsə də, bölgədə gərginliyin artdığı müşahidə edilir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı politoloq Oqtay Qasımov Ajans.az-a açıqlamasında bildirib ki, sərhədyanı ərazilərdə baş verən hücumlar və terror aktları həm mülki əhaliyə, həm də Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdid olaraq görülür:

“Təbii ki, Türkiyə ona qarşı təhdid yaradan terror qruplaşmaları ilə mübarizəni həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirir. Türkiyə zaman-zaman həm İraqın, həm də Suriyanın şimalında belə əməliyyatlar keçirib. Xüsusilə də Suriyada vətəndaş müharibəsi başlayandan sonra PKK-nın oradakı qüvvələri Türkiyəyə qarşı müəyyən təhdidlər yaradırlar. Məhz Suriya ərazisindən Türkiyə ərazisinin hədəf alınması, terror əməliyyatlarının keçirilməsinin planlaşdırılması və s. kimi məsələlər bu istiqamətdən həyata keçirilir”.

Politoloq bildirib ki, PKK, PYD və digər terror qruplaşmalarının arxasında Amerika dayanıb və o maliyyələşdirir. Onun sözlərinə görə, bu vaxta qədər ABŞ PKK, PYD-yə göstərdiyi yardımın məbləği 17 milyard dolları keçib:

“Silah-sursat və hərbi texnika bu illər ərzində həmin terror təşkilatlarına ötürülüb. Türkiyə də hazırda həmin bataqlığı kökündən qurutmağa çalışır və terrorun mənbəyi olan Suriya və İraqın şimalında bu əməliyyatları həyata keçirir. 2015-ci ildən başlayaraq Suriyanın şimalında bir neçə dəfə belə əməliyyatlar keçirilib. Nəticədə terror təşkilatlarına ciddi zərəbələr vurulub”.

Oqtay Qasımov əlav edib ki, ehtiyac olarsa, yenidən belə əməliyyat keçirilə bilər. Təbii ki, bu məsələdə Türkiyə hökuməti ilə Tramp administrasiyası arasında danışıqlar aparılacaq.

Seçilən
32
konkret.az

1Mənbələr