AZ

“Qazprom”: ABŞ öz addımları ilə qlobal qaz bazarında qeyri-müəyyənliyi artırır

Amerika siyasətçiləri və şirkətləri öz hərəkətləri və şərhləri ilə qlobal qaz bazarında qeyri-müəyyənlik və qeyri-sabitliyin artmasına təsir göstərirlər.

Busaat.az  İnterfaks-a istinadən xəbər verir ki, bunu “Qazprom”un idarə rəisi Kirill Polous Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bildirib.

K.Polous, təqdimatında ABŞ-nin dünya qaz bazarına təsirini çoxsəviyyəli piramida şəklində göstərib.

O, təqdimatında Avropanı ABŞ-nin enerji təsirinə ən həssas region adlandırıb: “Tənzimləyicilərin fəaliyyəti nəticəsində Köhnə Dünyanın ABŞ-dən asılılığının kifayət qədər artımı müşahidə olunur. Son vaxtlar ABŞ Avropa qaz bazarında öz mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb. Bir sıra Avropa şirkətləri artıq LNG tədarükü üzrə müqavilələr bağlayaraq zərər çəkiblər. Onlardan bəzilərinə əməl edilmir, qaz tədarükü həyata keçirilmir. Bu müqavilələr üzrə həcm on milyardlarla dollar qiymətləndirilir. Avropada müxtəlif növ tənzimləyici məhdudiyyətlər nəticəsində (2050-ci ilə qədər) əvvəlki dövrlərdə kifayət qədər azalmalara baxmayaraq, təbii qaza olan tələbatın daha əhəmiyyətli azalması gözlənilir”.

Onun sözlərinə görə, qlobal LNG bazarının uzunmüddətli perspektivləri baxımından ABŞ rəhbərliyinin ixrac lisenziyalarının verilməsinin müvəqqəti dayandırılması barədə qərarı bir çoxları üçün xoşagəlməz sürpriz olub: “Bu da hətta ilkin təchizat müqavilələri imzalanmış bir sıra Amerika LNG layihələri üzrə yekun investisiya qərarlarının qəbulu üçün məhdudlaşdırıcı amil olub”.

K.Polous qeyd edib ki, Avropada qaz istehlakı sahəsində məhdudiyyətlər əsasən “REPowerEU” proqramının həyata keçirilməsi ilə bağlıdır.

 

Seçilən
103
50
busaat.az

10Mənbələr