AZ

COP29 Bakıda insanlığın gələcəyini dəyişdirmək üçün təşkil olunub - Yəməndən nümayəndə

Bakı. Trend:

Bakıda keçirilən COP29 insanlığın gələcəyini dəyişdirmək və biziyaşıl dünya naminə birləşdirmək üçün təşkil olunub.

Bu barədə Trend-ə Yəməndənolan “Global Institute for Water, Environment and Health”təşkilatının nümayəndəsi Fathi Xaled bildirib.

“Mən Yəməndənəm, lakin hazırda yaşayıb işlədiyim Cenevrədən(İsveçrə) gəlmişəm. İlk dəfədir Azərbaycana gəlirəm, burahəqiqətən, heyranedici, gözəl bir ölkədir, mehriban insanları var.Mən sizin ölkənizə ilk baxışdan vuruldum.

Burada hər şey yüksək səviyyədə təşkil olunub, Azərbaycandaolmağımızdan və dünya konfransında iştirak etməkdən məmnunuq.Dünyanın hər yerindən insanlar buraya insanlığın gələcəyini yaşıldünya üçün dəyişmək məqsədilə gəlib. İqlim dəyişikliyi ilə mübarizəaparmaq üçün çox səy göstərməliyik və ümid edirik ki, tədbirinmiqyasını nəzərə alaraq, gələcək nəsillər üçün ən yaxşısınıedəcəyik.

Fikrimcə, hər yerdə ağac əkmək, bizi ana kimi bəsləyən təbiətəqayğı göstərmək çox vacibdir. Bu, bizim planetimizdir. Hər birimizbu ailənin oğlu və ya qızı olaraq Ana Planetimizə (Yer) qayğıgöstərməliyik”, – deyə Fathi Xaled qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
5
az.trend.az

1Mənbələr