AZ

Trampın qayıdışından sonra ABŞ-Türkiyə münasibətləri necə olacaq?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra qoşunlarını Suriyadan çıxarmağa və bununla belə ikinci prezidentlik dönəmində Türkiyənin F-16 və F-35 qırıcılarının tədarükü ilə bağlı tələblərinin reallaşdıra bilər. Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler "TV100" telekanalına müsahibəsində bildirib. Türkiyəli nazirin açıqlamasından sonra indi hər kəsdə bir sual yaranır: Trampın prezidentliyi dövründə rəsmi Ankara-ABŞ munasibətləri düzələrsə bu, Rusiya ilə münasibətlərə necə təsir edəcək? 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-Azərbaycan Dostluq Qrupunun rəhbəri Səməd Seyidov Qaynarinfo-nun sualını cavablandırıb. 

Səməd Seyidov bildirib ki, bu gün beynəlxalq münasibətlərdə köhnə beynəlxalq münasibətlər prinsipləri arasında yanaşmalar fərqlidir:
 


"Köhnə beynləxalq prinsiplər deyəndə nəyi nəzərdə tuturam? II Dünya müharibəsindən sonra formalaşdırılan dünyanın təhlükəsizlik sistemi, xalqlar arasında münasibətlər sistemi, Helsinki Yekun Aktının imzalanmasından sonra yaranan ATƏT-in formalaşması prinsipləri darmadağın olub. Heç təsadüfi deyil ki, hazırda Avropa Şurası, Avropa Parlamenti böhran yaşayır. Düzdür, II Dünya müharibəsindən sonra Berlin səddi dağılsa da, hazırda dünyada bir neçə sədd yenidən tikilib. ATƏT-in yaranması nəyin əsasında baş verdi? Helsinki Yekun Aktın əsasında ATƏT yarandı. Bu təşkilat xalqlar arasında problemləri danışıqlar əsasında həll etmək üçün yaradılıb. İndi isə nə Helsinki Yekun Aktı və nə də ki, təhlükəsizlik sistemi var”.

Deputat onu da vurğulayıb ki, hazırda Avropada müharibə gedir. Siyasi xərtələrdən ölkələr silinir:

"Məsələn, Ukrayna hazırda bu təhlükə qarşısındadır. Rusiyada gedən prosesslər göz qabağındadır. NATO-nun özündə böyük bir kriz yaşanır. Bu təşkilatın genişlənməsi, mövcud olaraq qalması sual doğurur. Qafqazda yeni bir reallıq yaranıb və o cümlədən Yaxın Şərqdə müharibə gedir. Şimali Koreya da rəsmi olaraq Ukraynada müharibəyə cəlb edilib. Ona görə dünya yeni bir durum formalaşır. Bu durumun içərisində Türkiyə-ABŞ, Türkiyə-Rusiya münasibətlərində köhnə teminalogiya ilə danışmaq vaxtı deyil. Ona görə bu dünyada yeni prosesslərin şahidi oluruq. Ona görə də dövlətlər arasında münasibətlərdə bu dünyada hələ çox-çox yeni prosessləri görəcəyik. Türkiyə-Rusiya-ABŞ münasibətlərini də bir-birlərindən ayırmayın. Siz qlobal olaraq münasibətləri təhlil edin. Hesab edirəm ki, qarşıdakı illərdə dünyada bütün münasibətlər sistemi yenidən formalaşacaq”. 

Politoloq Rüstəm Tağızadə isə məsələyə fərqli yanaşıb. O hesab edib ki, siyasi cəhətdən inkişaf etmiş ABŞ-Türkiyə münasibətləri Ankara və Moskva arasındakı münasibətlərə öz təsirini göstərə bilsə də, bəzi detallar ABŞ və Türkiyə arasındakı razılaşmaların xarakterindən, o cümlədən hər birinin hər iki gücə qarşı balanslaşdırma aktı ilə necə məşğul olacağından asılı olacaq:
 


"Türkiyə ilə Rusiya arasında mövcud münasibətlər Suriya, enerji və müdafiə sahəsində əməkdaşlıq və rəqabətin mürəkkəb qarışıq xüsusiyyətləridir. Məsələn, Rusiyadan S-400 zenit-raket kompleksinin alınması ABŞ və NATO ilə qarşıdurma yaradıb, sanksiyalarla tamamlanıb. Bununla belə, Türkiyə enerji asılılığı, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq kimi sahələrdə Rusiya ilə sıx əlaqələr saxlayırdı. ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşması, xüsusən də bu yaxşılaşma F-16-lar kimi hərbi alışları əhatə edərsə, dönüş yarada bilər. Rusiya Türkiyənin bu addımını Türkiyənin Qərbə doğru hərəkəti kimi qiymətləndirə və Türkiyə-Rusiya münasibətlərinə xələl gətirə bilər. Yaxud, digər tərəfdən, Türkiyə strateji muxtariyyətini qorumaq üçün xarici əlaqələrdə balans siyasətini davam etdirərək Rusiya ilə təsir rıçaqları əldə etmək üçün ABŞ ilə daha yaxşı münasibətlərdən istifadə etməyə çalışa bilər. Fikrimcə, Türkiyə uzunmüddətli perspektivdə hər iki münasibətləri nəzarətdə saxlayaraq "çoxvektorlu yanaşma” kimi təsvir edilən yanaşmanı davam etdirəcək və daha çox öz milli maraqlarına və regional təsirinə diqqət yetirəcək. 

Amid Eyyuboğlu


Seçilən
4
qaynarinfo.az

1Mənbələr