Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dördüncü günüdür. Sammitdə iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində göstərilən səylər, əldə olunan irəliləyişlər dəyərləndirilir, ən yaxşı həll yolları barədə müzakirələr aparılır.
COP29-da Azərbaycan pavilyonunda nümayiş olunan Azərbaycan xalqının milli adət-ənənəsinə aid milli musiqilərin, rəqslərin və şirniyatların təqdim olunması, eyni zamanda Azərbaycan qadınlarının milli toxuculuq, yundan ip əyirmək və.b sənətimizi nümayiş etdirmələri böyük maraqla qarşılanıb.
Modern.az saytı COP29-da Azərbaycan pavilyonundan görüntüləri təqdim edir:
GÖRÜNTÜLƏR: Tünzalə Abbas