AZ

COP29 iqlim maliyyəsi ilə bağlı dönüş nöqtəsidir - Türkiyəli nazir

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum COP29 çərçivəsində "Türkiyənin uzunmüddətli Strategiyası" nı ictimaiyyətə təqdim edib.

Musavat.com xəbər verir ki, türkiyəli nazir Azərbaycana COP29 sədrliyində uğurlar arzulayıb:

"Bu təşkilatçılıq üçün Türkiyə dövləti adından bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan dünya üçün önəmli COP tədbirinə ev sahibliyi edir. Bütün qurumlarımızla birlikdə bir ildir COP gündəminə hazırlaşmışıq. İndi də böyük nümayəndə heyəti ilə Bakıdayıq. COP29-u iqlim maliyyəsi ilə bağlı dönüş nöqtəsi hesab edirik. Təbii ki, COP29 ölkələrin iqlimlə bağlı gördüyü işləri nəzərdən keçirmək üçün çox önəmlidir”.

Seçilən
19
2
ekologiya.az

3Mənbələr