AZ

"Yanacaq məsələsi Rusiya liderinin səfərlərinə problem yaradır" - Peskov

Vladimir Putinin təyyarəsinin yanacaq problemləri Rusiya liderinin səfərləri ilə bağlı qərarlara təsir edə bilər. 

 

Sfera.az xəbər verir ki, bunu, prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

 

“Əlbəttə, dövlət başçısının səfərləri ən ehtiyatlı şəkildə həyata keçirilir və bütün lazımi təminatlar alınır. Əgər problem yaranarsa, təbii ki, bu, başqa səviyyəli təmaslar qurmağa səbəb ola bilər”, – Peskov bildirib.

 

Qeyd edək ki, xarici işlər naziri Sergey Lavrov xarici ölkələrə səfər zamanı sanksiyalar səbəbindən təyyarələrin yanacaq təminatında ciddi problemlərlə üzləşdiklərini bildirib:

 

"Yohannesburqda keçirilən sammitdən geri uçuş üçün təyyarəyə yanacaq doldurmaqla bağlı ciddi problem yaşadıq. Məlum oldu ki, orada aviasiya yanacağı ilə işləyən bütün şirkətlər demək olar ki, bu ölkəyə aid deyilmiş. Təyyarə ilə bağlı oxşar problemlər Braziliyada da yaşanıb. Həmin ölkələr sanksiyalardan qorxduğu üçün bizim təyyarələrə yanacaq doldurmaqdan boyun qaçırır”.


Firuzə Əliyeva 

 

 

 

Seçilən
39
2
sfera.az

10Mənbələr