AZ

COP29-un dünyaya mesajı: biz bir komandayıq, biz - bütün bəşəriyyətik

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz: Ruandanın nümayəndəsi Prosper Habayomanadır.

COP29 çərçivəsində P.Habayomana Trend-ə bildirib ki, onlar inkişaf etmiş ölkələrin iqlim dəyişikliyindən ən çox zərər çəkən inkişaf etməkdə olan ölkələrə adaptasiya və ekoloji tarazlığın bərpası üçün daha çox yardım göstərəcəyini gözləyirik.

"İnkişaf etməkdə olan ölkələrin problemi əsasən adaptasiya, düzgün infrastruktur, təmiz enerji ilə bağlıdır. İqlim dəyişikliyinin nəticələri ilə birbaşa əlaqəli olan səhiyyə, nəqliyyat və digər sahələrdə infrastrukturun maliyyələşdirilməsi zəruridir. COP29-un dünyaya mesajı budur ki, burada coğrafi istiqamətlər, qlobal Şimal və ya Cənub yoxdur, biz bir komandayıq, biz - bütün bəşəriyyətik və indi bu məqsədlərə xidmət etməyə diqqət yetirməliyik.

Əlbəttə ki, müxtəlif prioritetlərimiz var, lakin hər şey nəzərə alınmalıdır, bu hamımıza lazımdır və burada eqoizmə yer yoxdur. Hər kəsi qane edəcək işləri görmək lazımdır. Mənim mesajım budur - gəlin iqlim məsələlərinin həllində hər kəsin konkret ehtiyaclarını nəzərdən keçirək", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.\

Milli.Az

Seçilən
16
2
milli.az

3Mənbələr