AZ

İrəvan KTMT-ni boykot siyasətindən əl çəkməyib

Ermənistan hakimiyyəti İrəvanın KTMT-nin fəaliyyətinə münasibətini dəyişdirəcək heç bir qərar qəbul etməyib.

Editor.az xəbr verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Belə ki, diplomat Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyanın KTMT ölkələrinin diplomatik nümayəndəlikləri rəhbərlərinin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla görüşündə iştirakını şərh edib.

Bu hadisə kifayət qədər geniş rezonans doğurub, nəzərə alsaq ki, bu, son iki il ərzində erməni tərəfinin KTMT tədbirlərində iştirakının ilk nümunəsi olub – İrəvan bütün digər görüşlərə, sammitlərə və s. məhəl qoymayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr