Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Nəqliyyat və xüsusi texnikaların satın alınması” tenderinin nəticələrini elan edib.
Tibbi qurum 16 milyonluq təcili tibbi yardım avtomobilləri aldı - DETALLAR
FED.az xəbər verir ki, tenderin qalibi “Az-Tex-Import” MMC olub.
Qalib şirkətlə 3 043 840 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə əsasən aşağıdakı cədvəldə qeyd olunmuş nəqliyyat və xüsusi texnikalar satın alınacaq :
№ | Başlıq | Miqdar | Ölçü vahidi |
1 | Tək kabinli tentli bortlu 3,5 t | 1 | ədəd |
2 | Yol süpürmə maşını | 2 | ədəd |
3 | Mikro avtobus 20+1 | 2 | ədəd |
4 | Su maşını | 2 | ədəd |
5 | Evakuator | 1 | ədəd |
6 | Avtoqreyder | 1 | ədəd |
7 | Frontal yükləyici | 1 | ədəd |
8 | Traktor+əIavə avadanlıq | 1 | ədəd |
9 | Uzaqdan idarəli budama, biçmə texnikası | 1 | ədəd |
10 | Budama, biçmə başlığı | 1 | ədəd |
11 | Budama, biçmə başlığı | 1 | ədəd |
12 | Budama, biçmə başlığı | 1 | ədəd |
13 | Uzaqdan idarəli budama, biçmə texnikasının qoruyucusu | 1 | ədəd |
14 | Tək kabinli arxa bortlu elektrikli nəqliyyat vasitəsi | 5 | ədəd |