AZ

QHT sədri: Avropada miqrantlara qarşı qərəzli münasibət müşahidə edilir

Aksiyanı keçirməkdə məqsədimiz Avropa ölkələrində yaşayan, oraya köçmüş miqrantların hüquqlarını müdafiə etməkdir. Onlara qarşı insan haqlarının, ədalətin bərpasını tələb edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Nərminə Qəribova deyib.

O vurğulayıb ki, miqrantlar öz xoşları ilə yaşadıqları yerləri tərk etməyiblər. Onlar Şərqdə və Afrika regionda törədilmiş süni müharibələr səbəbindən öz ölkələrindən uzaqlaşmaq məcburiyyətində qalıblar.

"Bu gün Avropa ölkələrində miqrantlara qarşı qərəzli münasibət müşahidə edilir. Onlara qarşı insanlıqdan kənar rəftar olunur. Biz həmin dövlətləri qoşulduları insan hüquqları konvensiyalarına əməl etməyə çağırırıq. Ölkələrin siyasətləri nə olur olsun, insan faktoru hər zaman ilk sırada olmalıdır. İstərdik ki, bütün insanlara bərabər münasibət göstərilsin, onlara qarşı ayrı-seçkiliyə yol verilməsin”, - deyə QHT sədri vurğulayıb.

Seçilən
34
xalqqazeti.az

1Mənbələr