AZ

Naxçıvanda elektrik enerjisinin 52%-i alternativ və bərpaolunan enerji mənbələrindən əldə olunub (FOTO)

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar RespublikasıDövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrikstansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb.

Trend Dövlət Xidnətinəistinadən xəbər verir ki, müvafiq dövr ərzində istehsal olunanümumi elektrik enerjisinin 52%-i alternativ və bərpa olunan enerjimənbələrinin payına düşür.

Məlumata görə, 2024-cü ilin yanvar - oktyabr ayları üzrəistehsal olunan ümumi elektrik enerjisinin 48%-i İstilik ElektrikStansiyalarında, 39%-i Su Elektrik Stansiyalarında, 13%-i GünəşElektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinəötürülüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisininpayı 18 faiz artıb. Belə ki, bu rəqəm 2023-cü ildə 34 faiz olduğuhalda cari ildə bu göstərici 52 faizə yüksəlib.

Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Seçilən
48
az.trend.az

1Mənbələr