AZ

İctimai fəal: Miqrasiya prosesində qadın və uşaqlar zorakılığa daha çox məruz qalırlar

Bugünkü səssiz aksiyanı keçirməkdə məqsəd Avropada miqrantlara qarşı kobud rəftar və insani keyfiyyətlərə “yox” deməkdir.

“Report” xəbər verir ki, bunu Avropada miqrantlara qarşı təzyiqlərə görə keçirilən səssiz etiraz aksiyasında iştirak edən “Qadın və uşaqların innovativ maarifləndirməsinə dəstək” İctimai Birliyinin sədri Aynur Zülfüqarova jurnalistlərə açıqlamasında deyib.

O, miqrantlara qarşı bu cür kobud hərəkətlərin vətəndaş cəmiyyəti olaraq onları çox narahat etdiyini bildirib:

“Miqrasiya prosesində qadın və uşaqlar zorakılığa və qeyri-etik davranışlara daha çox məruz qalırlar. Bu da onların həyatında böyük travmalara səbəb olur. Miqrantların yerləşdiyi məkanlarda insanların tibbi yoxlanışları da zəif olur. Antisanitariya da bir çox yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır”.

“İnkişafa və islahata dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev qeyd edib ki, miqrantlara münasibətdə hər zaman haqq səsi ucaldılmalıdır:

“Çünki onlara qarşı haqsızlıqlar çoxalıb. Onların hüquqları pozulmaqla yanaşı, övladları təhsilsiz qalır, hətta təhsil ocaqlarında hücumlara məruz qalırlar. Belə hallarla qarşılaşanda, hüquqlarının müdafiəsi üçün vəkil tapa bilmirlər, yerləşdikləri sığınacaqlar çox natəmizdir. Sərhəddən keçəndə onlara bilərəkdən süni problemlər yaradılır”.

Gənc fəal Şəbnəm İbrahimli isə miqrasiya məsələsinin bütün dünyada qlobal problem olduğunu diqqətə çatdırıb:

“İqlim dəyişikliyi zamanı miqrantlar əsasən su qıtlığı, öz ərazilərini tərk etmək, təbii fəlakət və bu kimi digər problemlərlə qarşı-qarşıya qalırlar. Beynəlxalq tədbirdə diqqəti az da olsa, bu həssas məsələyə yönəltmək istədik”.

Seçilən
29
3
veteninfo.az

4Mənbələr