AZ

Ayı kostyumu ilə sığorta dələduzluğu: 4 nəfər həbs olundu

ABŞ-ın Kaliforniya ştatında ayı kostyumu geyinərək avtomobillərə qəsdən zərər vermək və bu yolla sığorta ödənişi almağa cəhd göstərməkdə ittiham olunan dörd nəfər həbs olunub.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kaliforniya polisi tərəfindən verilən məlumata görə, şübhəlilər saxta zərər bildirişləri təqdim edərək sığorta şirkətlərindən qanunsuz olaraq təzminat almağa çalışıblar.

Dələduzluğun üstü ayı kostyumu geyinmiş bir şəxsin müxtəlif avtomobillərə qəsdən ziyan vurması ilə bağlı araşdırma zamanı açılıb. İddiaya görə, bu şəxsin hərəkətlərindən sonra avtomobil sahibləri sığorta şirkətlərinə zərər bildirişi təqdim edərək kompensasiya tələb ediblər.

Polis hadisəni araşdırdıqda, bu hadisələrin qəsdən, sığorta dələduzluğu məqsədi ilə planlaşdırıldığını müəyyən edib.

Hazırda həbs olunan şübhəlilərin əməlləri ilə bağlı araşdırmalar davam etdirilir. Polis, həmçinin bu cinayətlə bağlı əlavə dəlillərin toplandığını və zərərçəkmişlərin də ifadələrinin alındığını bildirib.

Lalə, BakuPost






Seçilən
60
48
bakupost.az

10Mənbələr