AZ

Portuqaliya millisində itki

style='margin-bottom:10px;'>

Portuqaliya millisinin UEFA Millətlər Liqası üçün namizəd heyətində dəyişiklik edilib. 

QOL.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Joao Palinha ("Bavariya") adduktor əzələsindən zədələndiyinə görə millinin düşərgəsini tərk edib. 29 yaşlı yarımmüdafiəçi artıq Almaniya klubuna qayıdıb. Onun müalicəsi ilə "Bavariya"nın mütəxəssisləri məşğul olacaqlar. 

Qeyd edək ki, Portuqaliya millisi turnir çərçivəsində 15 noyabrda Polşa, 18 noyabrda isə Xorvatiya millisi ilə qarşılaşacaqlar. 

Seçilən
48
teleqraf.com

1Mənbələr