AZ

Türkiyə millisində növbəti itki: "Portu"nun hücumçusu zədələndi

Türkiyə milli komandasının heyətində növbəti itki baş verib.

Sportal.az xəbər verir ki, ilk dəfə yığmaya dəvət alan "Portu"nun hücumçusu Deniz Gül sıradan çıxıb. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Denizin əvəzinə milliyə "Xetafe"də çıxış edən Bertuğ Yıldırım çağırılıb.

"Ay-ulduzlular"ın futbolçuları Ferdi Kadıoğlu və Çağlar Söyüncü də zədə səbəbindən heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, Türkiyə milli komandası Uefa Millətlər Liqasında Uels və Monteneqro seçmələri ilə qarşılaşacaq.

saytlarin hazirlanmasi

Seçilən
56
1
sportal.az

2Mənbələr