AZ

Rubio: ABŞ sülhə güc yolu ilə nail olacaq

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın rəhbərliyi altında Amerika sülhü güc yolu ilə təmin edəcək və həmçinin hər şeydə öz maraqlarına əməl edəcək.

 

Sfera.az xəbər verir ki, bunu dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülmüş senator Marko Rubio bildirib. O, prezidentin xarici siyasət proqramını yerinə yetirmək üçün hər gün çalışacağına söz verib.

 

"ABŞ Senatındakı həmkarlarımın dəstəyini almağı səbirsizliklə gözləyirəm" deyən Rubio sosial media X səhifəsində Trampın vəzifəyə başladıqdan sonra onun milli təhlükəsizlik və xarici siyasət komandasının olacağına ümid etdiyini bildirib.

 

Tramp bundan əvvəl Rubionun dövlət katibi vəzifəsinə namizədliyini irəli sürmüşdü. Aprel ayında senator Kiyevə 61 milyard dollarlıq hərbi yardım paketinin verilməsinin əleyhinə səs verib, lakin onun sözlərinə görə, Rusiyanı dəstəkləmir.

 

İnci 

Seçilən
31
sfera.az

1Mənbələr