AZ

Şimali Koreya özünün artilleriya sistemlərini Rusiyaya verib

Rusiya Federasiyası artilleriyasını gücləndirməyə başlayıb. İndi işğalçılar KXDR-dən dəmir yolu ilə “Koksan” özüyeriyən silahları daşıyırlar.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Nəşrin məlumatına görə, sosial şəbəkələrdə KXDR tərəfindən istehsal olunan, çox güman ki, artıq Rusiyaya ərazisinə keçən "M-1989 Koksan" tipli ən azı bir özüyeriyən topun dəmir yolu ilə daşınmasının fotosu yayılıb.

Təkcə görüntü hazırda bu cür özüyeriyən silahların Rusiya qoşunlarına ötürülməsinin miqyasını müəyyən etməyə imkan vermir. Şimali Koreya rejiminin əlində olan M-1989 Koksan-ın təxmini sayı məlum deyil.

QAZİLER.AZ

 

Seçilən
46
qaziler.az

1Mənbələr