AZ

Avstraliyada heyvan və bitki populyasiyaları 55 faizAZALDI

Avstraliyada aparılan araşdırma 2019 və 2020-ci illərdə baş verən meşə yanğınlarından sonra ölkədəki bitki və heyvan növlərinin 55 faizinin əhalisinin azaldığını müəyyən edib.

Redaktor.az xəbər verir ki, “Nature” jurnalının məlumatına görə, alimlər 2019 və 2020-ci illərdə Avstraliyada baş verən meşə yanğınlarının 1380 heyvan və bitki növünə təsirini araşdırıblar.

Aparılan araşdırmalar nəticəsində təqribən 24,3 milyon hektar ərazini məhv edən bu yanğınlar nəticəsində ölkədə bitki və heyvan populyasiyasının 55 faiz azaldığı müşahidə edilib.

Alimlər məməli növlərinin azalmasının digər heyvan qruplarına nisbətən iki dəfə çox olduğunu bildirdilər.

Seymur BƏNNAYEV 

Seçilən
56
3
redaktor.az

4Mənbələr