Artıq dördüncü gündür ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Tədbirə dünyanın dörd bir yanından müxtəlif yaşda qonaqlar gəlib.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə COP29-un ən balaca iştirakçısının görüntüləri paylaşılıb.
Görüntülərdə anasının qucağında olan uşağın tədbirdə iştirak üçün giriş kartının olması da maraq doğurub.