AZ

Türkiyə - Qətər: ikitərəfli əməkdaşlığa dair sazişlər…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Təmim bin Həməd Əl-Tanini Ankarada Ağ Sarayda qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, Əl-Tani Türkiyə-Qətər Ali Strateji Komitəsinin 10-cu iclasında iştirak etmək üçün Ankaraya gəlib.
“Biz Qətər əmirini, əziz qardaşım Təmim bin Həmədi və onun nümayəndə heyətini Prezident sarayında qəbul etdik və çox məhsuldar danışıqlardan sonra 8 müqavilə imzaladıq. Dost və qardaş Qətərlə sıx əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik”, – Ərdoğan “X” sosial şəbəkəsində yazıb.
Qeyd olunur ki, görüşdən sonra tərəflər müxtəlif sahələrdə, o cümlədən humanitar yardım, rabitə və media, idman, avtomobildə sərnişin və yük daşımaları sahəsində, müdafiə qurumları arasında texniki əməkdaşlığa dair ikitərəfli əməkdaşlıqla bağlı səkkiz saziş imzalayıblar.
Seçilən
10
5
sherg.az

6Mənbələr