"Çelsi"nin hücumçusu Kristofer Nkunku uğrunda mübarizəyə daha bir klub qoşulub.
90deqiqe.Az-ın “TodoFichajes”ə istinadən məlumatına görə, "Bavariya" və "Liverpul" Nkunkunu öz sıralarında görmək istəyir.
“Çelsi” Nkunkunu satmağa həvəsli olmasa da, futbolçu istədiyi oyun vaxtını almadığı üçün gələn təklifləri nəzərdən keçirə bilər.
27 yaşlı forvardın xidmətində “Mançester Yunayted”də maraqlıdır.
Qeyd edək ki, Kristofer Nkunku 2024/2025 mövsümündə 17 matçda iştirak edib, on qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt Nkunkunu 65 milyon avro qiymətləndirir.