AZ

CAR-da 50 şagird məktəbdə zəhərlənib

Cənubi Afrikanın şimalındakı Limpopo əyalətində 50 məktəb şagirdi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya çatdırılıb.

APA xəbər verir ki, bu barədə əyalətin səhiyyə departamentinin nümayəndəsi Nil Şikvambana “SABC” radiosunun efirində məlumat verib.

“İlkin olaraq Giyani şəhərindəki məktəbdən 39 şagird xəstəxanaya çatdırılıb, daha sonra 11 şagirdə də təcili tibbi yardım göstərilib”,- Şikvambana qeyd edib.

Onların hamısı məktəb yeməkxanasında milli məktəb qidalanma proqramı tərəfindən təmin edilən sıyıq yedikdən sonra mədə ağrısı hiss ediblər .

Əyalətin səhiyyə işçiləri analiz üçün qidadan nümunələr götürüblər.

Seçilən
22
7
apa.az

10Mənbələr