AZ

Uşaqların cinsini dəyişən həkimlər ömürlük həbs olunsun - Mask

Amerikalı milyarder İlon Mask yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi əməliyyatını həyata keçirən həkimlərin ömürlük həbsi ideyasını dəstəklədiyini bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində müvafiq suala cavabında bildirib.

"Bəli", - deyə Mask bu cür prosedurlarla məşğul olan həkimləri ömürlük həbsə çağıran bir istifadəçinin yazısına cavab olaraq yazıb.

Qeyd edək ki, “Tayms” qəzetinin hesabatında göstərilir ki, son beş ildə Birləşmiş Ştatlarda ən azı 14 min uşaq cinsiyyətini dəyişmək istədikləri üçün cərrahi və ya kimyəvi kastrasiyaya məruz qalıb.

Seçilən
48
4
axar.az

5Mənbələr