AZ

"Barselona" rəsmisi ter Ştegenlə bağlı planlarını açıqladı: "Diequ Koştanın yerinə olsam..."

"Barselona"nın idman direktoru Deku zədəli qapıçı Mark-Andre ter Ştegenin gələcəyindən danışıb.

Fanat.Az xəbər verir ki, klub funksioneri "Portu"nun qapıçısı Dioqu Koştanın mümkün transferi barədə KİV-in iddiasına münasibət bildirib.

Tanınmış insayder Dekunun sözlərini belə təqdim edib: 

“Dioqu Koşta ilə danışıqlar aparmırıq. Onun "Portu"da titullar qazanmasını arzulayıram. Bizim başlıca hədəfimiz müqaviləsi daha üç il davam edəcək ter Stegendir. Ter Stegenə əvəzləyici kimi heç bir qapıçı ilə müqaviləyə imza atmayacağıq.

Dioqu Koştanın yerində olsaydım, "Barsa"ya əvəzləyici kimi keçməzdim. Biz onunla müqavilə imzalamaq üzərində işləmirik”.

Qeyd edək ki, ter Ştegen sentyabrın 22-də La Liqanın 6-cı turunda "Vilyarreal" - "Barselona" matçında zədə alıb. Alman qolkiperin 9 aylıq müddətə sıradan çıxdığı bildirilir.

Mirağa

Seçilən
1
fanat.az

1Mənbələr