AZ

Avropa Komissiyası 4,1 milyard avroluq yardım paketini təsdiqlədi

“Avropa Komissiyası Ukraynaya 4,1 milyard avro məbləğində makromaliyyə vəsaitinin ayrılmasını təsdiqləyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna hökümətinin başçısı Denis Şmixal rəsmi teleqram kanalında yazıb.

O, islahatları müsbət qiymətləndirib və hökumətin bu tranşı almaq üçün lazımi göstəriciləri yerinə yetirdiyini qeyd edib: “Bununla Komissiyanın bu il “Ukrayna Mexanizmi” çərçivəsində yardımlar paketi 16,1 milyard avroya çatacaq”.

Şmıxal Aİ-nin Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görə minnətdarlığını bildirib. O, həmçinin vurğulayıb ki, Rusiya ilə davam edən genişmiqyaslı müharibəyə baxmayaraq, Ukrayna Avrointeqrasiyasını gücləndirmək və Aİ-yə tam üzvlüyə doğru irəliləmək üçün islahatlara və transformasiyaya sadiq qalır.

Seçilən
70
2
qafqazinfo.az

3Mənbələr