AZ

On min əsgər əvəzinə düyü və iki nüvə dövləti ilə vuruşan Ukrayna...

Bu ilin 24 iyununda Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çın Inla iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni imzalayanda, beynəlxalq siyasi şərhçilər rəsmi Pxenyanın tezliklə canlı qüvvə ilə Rusiya-Ukrayna cəbhəsində iştirak edəcəyi barədə proqnozlar verdilər. Proqnozlar özünü doğrultdu və  Şimali Koreya ordusunun 10 mindən çox hərbiçisi artıq Kursk istiqamətində döyüşlərə qatılıb. Yəni, faktiki olaraq Ukrayna iki nüvə dövləti ilə müharibə aparır. Üstəlik, hər iki dövlətin ordusu dünya çapında ilk 5-likdədir:Çin, Hindistan, Rusiya, ABŞ və Şimali Koreya. 
 
Cənubi Koreyanın Yonhap agentliyi qeyd edir ki, hazırda 10.000-dən çox Şimali Koreya hərbiçiləri Kursk vilayətinin qərb hissəsinə keçiblər və Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməyə başlayıblar. Bunu noyabrın 13-də Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken də jurnalistlərə bildirib.
 
Maraqlıdır, 10.000 əsgəri faktiki ölümə göndərən Şimali Koreyanın Rusiyadan tələbi nə ola bilər? Sizə qəribə gəlməsin, hərbi ekspertlərin rəyinə və kəşfiyyatın verdiyi məlumata görə KXDR Kremldən düyü istəyib. İllərdir qida çatışmazlığı yaşayan bu ölkə üçün ərzaq təminatı çox vacibdir. Və təbii ki, işi-gücü raket istehsal edib nümayiş etdirən ölkə, həm də atom bombasının istehsalı üçün yeni texnologiya almaq istəyir.
 
Kursk istiqamətinə şimali koreyalılarla birlikdə 50.000 mindən çox əsgər toplayan Rusiya hücumlarını kəskinləşdirib və istifadə etdiyi avia bombalar faktiki olaraq öz ərazisindəki yaşayış məntəqələrini, xüsusilə Sudja rayon mərkəzini yer üzüzndən silir.
 
The New York Times-ın verdiyi məlumata görə şimlai koreyalılar 2 qrupa bölünüb- həmlə bölmələri, dəstək bölmələri və onlar əsasən zirehli maşınlarsız yüngül piyada qoşunlar halında döyüşə qoşulacaqlar. Hiss olunur ki, koreyalılar üçün müəyyən məhdudiyyət var. O məhdudiyyətin Rusiya, yoxsa Şimali Koreya tərəfindən qoyulması hələlik məlum deyil. Maraqlıdır, Rusiya Kursk istiqamətində qələbə qazanarsa, qələbə kimin ayağına yazılacaq? Putinin, yoxsa Kim Çın Inın? Fakt budur ki, Rusiya əsgəri 3 ilə yaxındır ki, Ukrayna əsgərini məğlub edə bilmir.
 
Bu günlərdə Ukrayna penitensiar xidməti maraqlı məlumatla çıxış edib. Verilən xəbərə görə artıq şimali koreyalı hərbi əsirlər üçün ayrıca kameralar hazırlayıblar. Hətta, əsir məhbuslarla ünsiyyəti asanlaşdırmaq məqsədilə Ukrayna Silahlı Qüvvələri arasında “Ukrayna- Koreya danışıq lüğəti”hazırlayıb yayıblar.
    
Moderator.az
Seçilən
53
24
moderator.az

10Mənbələr