Ali Radanın deputatı Yevgeni Şevçenkoya dövlətə xəyanət şübhəsi barədə bildiriş təqdim edilib.
Viral.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət İstintaq Bürosunun teleqram kanalında bildirilib.
Bildirilib ki, parlamentari ölkənin müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurub.
Son Yazılar:
- Ali Radanın deputatı dövlətə xəyanətdə ittiham EDİLDİ
- ADSEA və “SOCAR Green” anlaşma memorandum İMZALADI
- Oyun dəyişdirən texnologiyaların lideri ASELSAN-ın 49 yaşı VAR
“Deputat Ukraynanın müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurmağa Rusiyanın tam miqyaslı müdaxiləsindən əvvəl başlayıb. Belə ki, 2021-ci ildə o, Belarus ərazisindən Rusiyanın tam miqyaslı müdaxilə təhlükəsinin olmaması barədə yanlış məlumatlar yayıb”, – bildirilib.
Bundan əvvəl deputat ona qarşı açılan işi “Zelenskinin qisası” adlandırmışdı.