AZ

Alonso klubunu tərk edir

style='margin-bottom:10px;'>

Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonso mövsümün sonunda klubu tərk edəcək. 

QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" "Eurosport" nəşrinə istinadən məlumat yayıb. 

42 yaşlı ispaniyalı mütəxəssisin Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər olmasına baxmayaraq, o, daha potensiallı klublara getməyə hazırdır. Alonso "Real" və "Bavariya" klublarından birini çalışdıra bilər. İspaniya klubunun prezidenti Florentino Perezin komandanın uğursuzluğu fonunda mütəxəssislə əlaqə saxladığı bildirilir. Həmçinin "Bavariya"da da hər şey stabil olmadığından mütəxəssislə maraqlanırlar. 

Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabrından "Bayer"i çalışdırır. O, ötən mövsüm məğlubiyyətsizlik seriyasını qoruyaraq Leverkuzen təmsilçisi ilə Almaniya çempionluğunu qazanıb. 

Seçilən
37
1
teleqraf.com

2Mənbələr