AZ

Türkiyə ilə Qətər arasında ikitərəfli əməkdaşlığa dair 8 saziş imzalandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Təmim bin Həməd Əl-Tanini Ankarada Ağ Sarayda qəbul edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Əl-Tani Türkiyə-Qətər Ali Strateji Komitəsinin 10-cu iclasında iştirak etmək üçün Ankaraya gəlib.

 

“Biz Qətər Əmirini, əziz qardaşım Təmim bin Həmədi və onun nümayəndə heyətini Prezident sarayında qəbul etdik və çox məhsuldar danışıqlardan sonra 8 müqavilə imzaladıq. Dost və qardaş Qətərlə sıx əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik”, – Ərdoğan “X” sosial şəbəkəsində yazıb.

 

Qeyd olunur ki, tərəflər arasında imzalanan sazişlər müxtəlif sahələrdə, o cümlədən humanitar yardım, rabitə və media, idman, avtomobildə sərnişin və yük daşımaları sahəsində, eləcə də müdafiə qurumları arasında texniki əməkdaşlığı əhatə edir.

Seçilən
11
5
senzor.az

6Mənbələr