Bakı. Trend:
Cənubi Afrikanın şimalındakı Limpopo vilayətində 50 ibtidaiməktəb şagirdi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanayaçatdırılıb.
Trend-in məlumatına görə, bu barədə vilayətin səhiyyədepartamentinin nümayəndəsi Nil Şikvambana bildirib.
"İlkin olaraq Giyani şəhərindəki məktəbdən 39 şagird xəstəxanayaçatdırılıb, bir müddət sonra daha 11 şagirdə təcili tibbi yardımgöstərilib. Onların hamısı məktəb yeməkxanasında milli məktəbqidalanma proqramı çərçivəsində təqdim edilən sıyıq yedikdən sonramədə ağrısı hiss ediblər", - deyə o qeyd edib. Limpopo səhiyyəişçiləri analiz üçün qida nümunələri götürdülər.