AZ

BMU tələbələri bərpaolunan enerji və təcrübə proqramları barədə məlumatlandırılıb

Bakı Mühəndislik Universiteti (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə “Envision Energy” şirkətinin əməkdaşları tərəfindən tələbələr üçün təlimlər keçirilib.

BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, bərpaolunan enerji sektorunda çalışacaq kadrların yetişdirilməsinə töhfə vermək məqsədi daşıyan təlimlərə ayrı-ayrı qruplarda ümumilikdə 60-dan çox tələbə qatılıb.

Müxtəlif təqdimatlarda saytın quraşdırılması və istismara verilməsi, keyfiyyət və təhlükəsizlik idarəetməsi, sənədlərə nəzarət, həmçinin materialların idarə edilməsi kimi mühəndislik sahələri üzrə 3-6 aylıq ödənişli təcrübə proqramları haqqında da məlumatlar verilib.

Təqdimatlar zamanı şirkət barədə də zəruri informasiyalar diqqətə çatdırılıb. Bildirilib ki, “Envision Energy” qlobal müəssisələr, hökumətlər və qurumlar üçün bərpaolunan enerji sistemi həlləri təqdim edən dünya üzrə aparıcı yaşıl texnologiya şirkətidir. “Dayanıqlı gələcək üçün problemlərin həlli” missiyası ilə “Envision Energy” texnoloji innovasiyalar vasitəsilə bərpaolunan enerjinin istehsalı, saxlanması və sinerji xərclərini davamlı olaraq azaldır. Üç əsas biznes sektorunu - Ağıllı Külək Turbinləri, Enerji Anbarı və Yaşıl Hidrogen Həllərini əhatə edən “Envision Energy” enerji transformasiyası üçün hərtərəfli həlləri birgə qurur.

 

Seçilən
57
tehsil.biz

1Mənbələr