AZ

Gələn il Biləsuvarın 9 kəndinin elektrik xətləri yenilənəcək

Gələn il Biləsuvar rayonunun 9 kəndinin elektrik xətlərinin yenilənməsi planlaşdırılır.

Bu barədə "Report"un Muğan bürosuna Biləsuvar Elektrik Şəbəkəsindən məlumat verilib.

Belə ki, rayonun Ovçubərə, Nərimankənd, Səmədabad, Zəhmətabad, Bağbanlar, Aranlı, Çinarlı, Nərimankənd və Çaylı kəndlərində SİP kabelləşmə işlərinin aparılması gözlənilir.

Qeyd edək ki, Muğan, Yuxarı Ağalı, Ağayrı, Günəşli və İsmətli kəndlərində SİP kabelləşmə işləri başa çatmaq üzrədir.

Həmçinin rayonun Ağalıkənd, Yuxarı Cürəli, Əsgərabad və Aşağı Cürəli kəndlərində sözügedən işlər yekunlaşıb.

Seçilən
44
far.az

1Mənbələr