AZ

Yeniyetmə sevgilisinə görə özünü binadan ATDI

Rusiyanın Rostov vilayətində 14 yaşlı məktəbli intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Volqodonsk şəhərində baş verib. Yaxınlarının dediyinə görə, oğlan sosial şəbəkədə sevgilisi ilə mübahisə etdiyi üçün intihar edib.

Onun meyiti Stroiteley prospektində hündürmərtəbəli binanın həyətində tapılıb. Şagirdin telefonunda bir qızla yazışma aşkarlanıb. Belə ki, məktəbli oğlan sevdiyi qızı başqa oğlana qısqandığı üçün onunla dalaşıb və özünü binadan atıb.

Faktla bağlı cinayət işi açılıb.

Seçilən
43
bakuinfo.net

1Mənbələr