AZ

Cənubi Afrikada kütləvi zəhərlənmə - 50 şagird xəstəxanalıq oldu

Cənubi Afrikanın Limpopo vilayətində kütləvi zəhərlənmə halı qeydə alınıb.

AZXEBER.COM \"Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə \"Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Qiyani məktəbində köhnə qida yeyən 50 şagird zəhərlənmə şikayəti ilə xəstəxanaya yerləşdirilib.

Limpopo Səhiyyə Departamentinin sözçüsü Neil Şikvambana məlumatı təsdiqləyib:

\"Əldə etdiyimiz məlumata görə, məktəblilərin durumu hazırda stabil olaraq qalır”.

Şikvambana onu da bildirib ki, şagirdlər Milli Məktəb Qidalanma Proqramına daxil olan \"pap və süd” adlı qidaları qəbul ediblər.
Seçilən
12
azxeber.com

1Mənbələr