AZ

CAR-da 50 şagird zəhərləndi

Cənubi Afrikanın şimalındakı Limpopo vilayətində 50 ibtidai məktəb şagirdi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya çatdırılıb.

"Unikal"ın məlumatına görə, bu barədə vilayətin səhiyyə departamentinin nümayəndəsi Nil Şikvambana bildirib.

"İlkin olaraq Giyani şəhərindəki məktəbdən 39 şagird xəstəxanaya çatdırılıb, bir müddət sonra daha 11 şagirdə təcili tibbi yardım göstərilib. Onların hamısı məktəb yeməkxanasında milli məktəb qidalanma proqramı çərçivəsində təqdim edilən sıyıq yedikdən sonra mədə ağrısı hiss ediblər", - deyə o qeyd edib. Limpopo səhiyyə işçiləri analiz üçün qida nümunələri götürdülər.

Seçilən
19
10
unikal.az

10Mənbələr