AZ

Fransa-İsrail matçı: Təhlükəsizliyi 4 min polis qoruyacaq

Niderlandda israilli azarkeşlərə edilən hücum fonunda Fransa-İsrail futbol matçı zamanı stadiondakı hər dörd tamaşaçı üçün bir polis əməkdaşı ayrılacaq.

 

Bu barədə BFM TV məlumat yayıb. 

 

Telekanalın məlumatına görə, bu görüşə 12 minə yaxın tamaşaçının gəlməsi gözlənilir. Eyni zamanda, təhlükəsizliyi təmin etmək üçün 4 min polis və jandarm səfərbər ediləcək. Bundan başqa, 1,6 minə yaxın təhlükəsizlik əməkdaşı asayişi qorumaq üçün stadionda olacaq. Beləliklə, “orta hesabla hər dörd azarkeşə bir polis düşəcək”.

 

Bildirilir ki, stadiona yalnız Fransa və İsrail bayraqları buraxılacaq. Tribunada digər bayraqlar dalğalandırmağa cəhd edən şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları futbol matçını izləməyə gələn bütün tamaşaçıların sənədlərini yoxlamaq niyyətindədir.

 

Fransanın daxili işlər naziri Bruno Retaillo, həmçinin nəqliyyatda polis qüvvələrinin gücləndirilməsini, sinaqoqların, yəhudi icmasının və təhsil mərkəzlərinin mühafizəsini təmin etməyi tapşırıb.

Seçilən
43
33
senzor.az

10Mənbələr