AZ

Aysun bacılarla küsülülüyündən DANIŞDI

Müğənni Aysun İsmayılova Sevil və Sevinc Səfərovalarla küsülülüyündən danışıb.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu barədə o, “Rəngarəng səhər” proqramında açıqlama verib.

“Heç bir mahnılarını əzbər bilmirəm. Doğrudur ki, küsülüyük, danışmırıq. Amma səbəbini özüm də bilmirəm. Deyim ki, aramızda böyük dava olub. Yox. Sadəcə mən dostlarıma çox dəyər verirəm. Onların mənfisini, pisini belə camaatın içində açıb demərəm.

Əgər dost deyirəmsə, doğmamdırsa, onun mahnısı pis də olsa, onu pisləmərəm. Mənim mahnımı səsləndirdilər, sual verildi ki, siz qulaq asırsınızmı? O da dedi ki, mən bu mahnılara qulaq asmıram. Açığı son zamanlar “mashup”lardan başqa hansı mahnıları tutub ki?
Onlarla incikliyim yoxdur. Mahnı söhbətindən sonra barışmışdıq. Dostumun ən yaxşı günündə olmaq istəyərəm. İstəyərəm ki, o da mənim yanımda olsun. Dost dediyim insanın hər zaman yanında olmuşam, bir-birimizin sirrlərini bilirik. Bu halda o mənim xeyir işlərimdə, mən onun xeyir işlərində olmuramsa, hansı dostluqdan söz gedə bilər? Məni heç vaxt heç bir xeyir işimdə təbrik etməyiblər. Mən onları təbrik etmişəm, amma dəvət olunmamışam. Baxdım ki, qarşı tərəf istəmirsə, kiməsə zəng edə bilmərəm ki, niyə çağırmamısan”, - Aysun qeyd edib.

Bizim.Media

Seçilən
52
3
bizim.media

4Mənbələr