AZ

Hicab taxmaq istəməyənlər psixoloji klinikada müalicə olunacaqlar

İctimai yerlərdə başlarını örtmələrini tələb edən qanuna baxmayaraq, hicab taxmaqdan imtina edən qadınlar üçün Tehranda “psixoloji klinika” açılacaq.

"Unikal" xəbər verir ki, “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, bunu Fəzilətin təbliği və pisliyin qarşısının alınması üzrə qərargahın İranın Qadın və Ailə Departamentinin rəhbəri Mehri Talebi Darestani bildirib.

Onun sözlərinə görə, klinikada “hicabı çıxarmaq istəyinə qarşı elmi və psixoloji müalicə” təklif olunacaq. Darestani bildirib ki, bu, könüllü olacaq.

O, həmçinin qeyd edib ki, bu rəftar “ləyaqət və təvazökarlığı” təşviq edəcək.

Seçilən
30
unikal.az

1Mənbələr