AZ

İranda hicabını çıxaran qadınlar üçün klinika açılacaq

...İranın paytaxtı Tehranda ictimai yerlərdə başlarını örtmələrini tələb edən qanuna baxmayaraq hicablarını çıxaran qadınlar üçün “psixoloji klinika” açılacaq.

SİA xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb. ...Tehranda yeniyetmələr, gənc kişilər və qadınlar üçün hicabın götürülməsinin qarşısını alan psixoloji klinika açılacaq. Bu məsələ ilə bağlı maarifləndirmənin yaradılmasına, həmçinin hicabı çıxarmaq istəyinin elmi və psixoloji müalicəsinə çalışacaq.

Bunu İranın Fəzilət və Əxlaqın Təbliği Qərargahının Qadın və Ailə Departamentinin rəhbəri Mehri Talebi bildirib.

Talebi deyib ki, dini tələbləri pozan qadın və yeniyetmələr “könüllülük əsasında” müəssisədə saxlanılacaqlar.

Bundan əlavə, o, müalicənin "ləyaqət və təvazökarlığı" təşviq edəcəyini vurğulayıb.

Yadınızda olar, noyabrın 3-də Tehran İslami Azad Universitetinin tələbəsi hicabını düzgün geyinmədiyinə görə məruz qaldığı təzyiqlərə etiraz etmək üçün küçədə alt paltarını soyunmuşdu. Universitetin tələbə təşkilatı bildirib ki, qız Bəsic yarımhərbi dəstəsi tərəfindən təzyiqlərə məruz qaldıqdan sonra paltarını çıxarıbmış.

Nazlı Almuradova

Seçilən
9
1
sia.az

3Mənbələr