AZ

Hicabsız qadınlar zorla xəstəxanaya aparılacaq - İranda qadın zorakılığı

İctimai yerlərdə başlarını örtmələrini tələb edən qanuna baxmayaraq, hicab taxmaqdan imtina edən qadınlar üçün Tehranda “psixoloji klinika” açılacaq.

Teleqraf.com “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, bunu İranın Qadın və Ailə Departamentinin rəhbəri Mehri Talebi Darestani bildirib.

Onun sözlərinə görə, klinikada hicabı çıxarmaq istəyinə qarşı "elmi və psixoloji" müalicə təklif olunacaq. Darestani bildirib ki, bu, könüllü olacaq.

O, həmçinin qeyd edib ki, bu rəftar ləyaqət və təvazökarlığı təşviq edəcək.


Müəllif: Arzu
Seçilən
47
teleqraf.com

1Mənbələr