AZ

COP29 taksi qiymətlərini ucuzlaşdırıb? – Şirkətdən AÇIQLAMA

Son günlər Bakıda taksi xidmətində qiymətlər enib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, səbəb kimi bayram günləri ilə əlaqədar Bakıdan bölgələrə axın, həmçinin yollarda tıxacın azalması göstərilir.

Sərnişinlər bildirirlər ki, taksilərlə bağlı dəyişiklikdən sonra ilk dəfədir ki, qiymətlərdə bu qədər enmə müşahidə edilir.

Sürücülər qiymətin enməsini müştəri azlığı ilə əlaqələndirirlər.

Məsələ ilə bağlı taksi şirkətlərindən bildirildi ki, son günlər COP29 tədbirinin keçirilməsi ilə əlaqədar Bakıdan bölgələrə axın olub. Bu, yollarda tıxacların azalma səbəblərindən biridir. Nəticə olaraq, taksi xidmətlərinin qiymətləri də müəyyən dərəcədə azalıb.

Qeyd edək ki, tıxacların azalması daha sürətli xidmətin göstərilməsinə də imkan yaradır. Tədbir bitəndən sonra qiymətlərin əvvəlki dinamikasına qayıdacağı proqnozlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
66
19
milli.az

10Mənbələr