AZ

100 nəfərin dəvət olunduğu toya cəmi 5 nəfər gəldi – VİDEO

ABŞ-ın Oreqon ştatında yaşayan Kalina Mari və əri Şeyninin toyu gözlənilmədən kədərli anlara çevrilib. Oğulları ilə şadlıq sarayına daxil olan cütlük boş stullarla qarşılaşıb.

Son 10 ayda maskarad temalı toylarına böyük hazırlıq görən cütlük 75-dən çox adama rəqəmsal dəvətnamələr, 25 nəfərə isə xüsusi hazırlanmış çap olunmuş dəvətnamələr göndərib. Lakin toy günü cəmi 5 nəfər iştirak edib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Kalina Mari sosial şəbəkədə yaşadıqlarını bölüşərək bunları deyib: “Dəvətnamədəki saat 13:00 idi. Anam 13:15-də mesaj göndərdi və heç kimin gəlmədiyini bildirdi. Biz 14:00-da gəldik və gördük ki, 40 nəfərlik zalda 5 nəfər var. Bütün hazırlanan yeməklər, içkilər boşa çıxdı”.

Doqquz ildir birlikdə olan və bu ilin yanvarında nişanlanan cütlük qonaqların niyə gəlmədiyini anlaya bilmədiklərini bildiriblər. Üstəlik, gəlməyən qonaqların əksəriyyəti təbrik mesajı belə göndərməyib.

Çox məyus olan gəlin Kalina Mari, “Ən qatı düşmənimin də belə bir şey yaşamasını istəməzdim”- deyərək kədərini dilə gətirib.

Seçilən
24
2
medianews.az

6Mənbələr