AZ

Ukraynanın taleyi noyabrın 19-da Varşavada müzakirə olunacaq

Böyük Britaniya, İtaliya, Polşa, Ukrayna, Fransa və Almaniyanın xarici işlər nazirləri noyabrın 19-da Varşavada Respublikaçıların namizədi Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi fonunda Ukrayna münaqişəsini müzakirə etmək üçün görüşəcəklər. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, görüş zamanı tərəflər “Avropanın siyasi gələcəyi” məsələsinə və Trampın Ağ Evə qayıtmasının qlobal nəticələrinə də toxunmaq niyyətindədirlər.

Xarici işlər nazirlərinin görüşündə Ukraynaya hərbi köməyin davam etdirilməsi və bu məqsədlə maliyyə yardımının göstərilməsi yollarının araşdırılmasının da əsas müzakirə hədəfi olacağı gözlənilir.

Oxuməni.az

Seçilən
49
oxumeni.az

1Mənbələr